MƏDƏNİYYƏT


Məşhur modelyerlər Bakıda 13-cü dəfə podiuma çıxıblar

Hazırda ölkəmizdə moda həftəsi keçirilir. Burada mövsümə uyğun payız kolleksiyası nümayiş olunur. Moda həftəsində digər ölkələrin kolleksiyaları ilə yanaşı, mənim də işlərim var. Burada 2023-cü il bahar-yay kolleksiyam təqdim edilir. Eyni zamanda, mən öz yeni kolleksiyalarım üzərində işləyirəm. Sirr deyil ki, hər bir yeni kolleksiyanı yaratmaq üçün ilham mənbəyi lazımdır. Yeni geyim kolleksiyamın ilham mənbəyi də mənim üçün İtaliyanın ən qədim və romantik şəhərlərindən olan Venesiya oldu.Bu sözləri Beynəlxalq Muğam Mərkəzində “Azerbaijan Fashion Week” moda həftəsinin 13-cü mövsümünün nümayişi zamanı AZƏRTAC-a açıqlamasında rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır