Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir

05.12.2022 [10:42]

Xəbərin mətni

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI