MƏDƏNİYYƏT


Gənc pianoçu təqdim edir: Azərbaycandan dünyaya musiqi töhfəsi

Macarıstan paytaxtında fəaliyyət göstərən “Azərbaycan Evi”ndə beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Evi”nin təşkilatçılığı ilə reallaşıb.