Tovuzun dağ kəndlərinin qış etüdləri
05.12.2022 [18:30]
Xəbərin mətni
Tovuz ağ örpəyə bürünüb. Mövsümün ilk qarı rayon sakinlərinin, xüsusilə də uşaqların sevincinə səbəb olub.Qarın qalınlığı aran ərazilərdə 10-12 santimetr, dağlıq hissədə isə 15-20 santimetr təşkil edir.Yollarda buzluluq müşahidə olunmur. Lakin bəzi ərazilərdə gecə saatlarında şaxta olacağı ehtimalı var.Qeyd edək ki, dekabrın 3-dən başlayaraq Azərbaycanın Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.AZƏRTAC Tovuzun dağ kəndlərindən görüntüləri təqdim edir.