Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir

07.12.2022 [10:17]

Xəbərin mətni

Fəvvarələr meydanında açılmış “Soyuq əllər, isti ürək - 2022-2023” xeyriyyə yarmarkası davam edir. Festivalın açılış mərasimində xodulistlər, jonqlyorlar, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər uşaqdan tutmuş böyüyədək hər kəsi soyuq qış günündə sevindirib.