MƏDƏNİYYƏT


Moskvada unudulmaz sənətkar Bülbülün xatirəsi anılıb

Moskvadakı Rusiya Milli Musiqi Muzeyində Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün anadan olmasının 125 illiyinə həsr edilmiş gecə keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və Rusiya muzeylərindən seçilmiş eksponatlar nümayiş etdirilib. Tanınmış musiqiçilər Bülbülün repertuarından olan əsərləri ifa ediblər.