Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın erməni vandalizminə məruz qalmış Seyidli məhəlləsi

09.12.2022 [13:28]

Xəbərin mətni

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri özünün incəsənəti, muğam sənəti, gözəl təbiəti ilə yanaşı, həm də abidələri, özünəməxsus arxitekturası ilə tanınır. Qədim Şuşada 3 qala qapısı, 3 meydan, 3 küçə, 17 məhəllə olub. Şuşa şəhərinin relyefinə uyğun olaraq məhəllələrin doqquzu aşağı məhəllə, səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər birinin məscidi, bulağı və hamamı olub.