MƏDƏNİYYƏT


Bakıda “Qazaxıstan Kino Günləri” keçirilir

Bakıda 10-11 dekabr tarixlərində “Qazaxıstan Kino Günləri” keçirilir. AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirin ilk günündə Nizami Kino Mərkəzində “Kenje Kiz” cizgi filmi nümayiş olunub. Sabah baş rol ifaçısı Yerqol Semkulov olan “Alğa” filmi nümayiş olunacaq. Qeyd edək ki, hər iki film ingilis subtitrləri ilə rus dilində təqdim edilir. “Qazaxıstan Kino Günləri”nə giriş sərbəstdir.