MƏDƏNİYYƏT


Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Özbəkistanda da yad edilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.