Baltimorda Azərbaycandan keçən nəqliyyat və tranzit yolları müzakirə edilib
15.12.2022 [19:16]
Xəbərin mətni
ABŞ-ın Şərqində əsas logistika şəbəkələrindən olan Merilənd ştatının Baltimor şəhərində “Orta Dəhliz: İqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” adlı konfrans keçirilib. ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyasının birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi və Qlobal Palatanın Baltimor nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutmuş konfransa özəl və dövlət sektorundan 70-ə yaxın nümayəndə qatılıb.