“Həqiqəti gizlədən yalanlar” - Leyla Xəlilzadə ilk kitabını 12 yaşında yazıb
19.12.2022 [11:04]
Xəbərin mətni
Leyla Xəlilzadə 2008-ci il martın 23-də Bakıda anadan olub. 2014-2015-ci illərdə Bakı Oksford Məktəbində, 2015-2018-ci illərdə isə Avropa Azərbaycan Məktəbində təhsil alıb. Hazırda Bakıda fəaliyyət göstərən Dünya Məktəbində ingilis dili bölməsi üzrə 9-cu sinifdə oxuyur. Çoxsaylı məktəbdaxili, eləcə də beynəlxalq müsabiqə və yarışlarda, bilik olimpiadalarında fəal iştirak edən Leyla bir çox diplom və sertifikatlar qazanıb.