MƏDƏNİYYƏT


Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi və ictimai xadim - Xurşidbanu Natəvan

Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvan yaradıcılığa XIX əsrin 50-ci illərindən ənənəvi şərq mövzusu və şeirlərlə başlayıb. Natəvanın yaradıcılığında, həmçinin rəssamlıq, nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur. Yaradıcılıqla bərabər Xan qızının ictimai fəaliyyətini qeyd etmək lazımdır. Xan qızı adı ilə qısa bir müddətdə Şuşada “Məclisi-üns” (yəni, dostluq, ülfət məclisi) ədəbi məclisini yaratmış, məclisə rəhbərliyi və onun bütün xərclərini öz üzərinə götürmüşdür. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.