Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərakeşdə qaz anbarında yanğın baş verib

23.12.2022 [10:58]

Hadisə ölkənin Atlantik okeanı sahilində yerləşən Məhəmmədiyyə şəhərində qeydə alınıb. Şəhər limanı yaxınlığındakı güclü yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb. Yanğından əvvəl güclü partlayış səsi eşidilib. Partlayışın və yanğının səbəbi hələ müəyyən edilməyib. Əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.