Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı müəllifin Vətən müharibəsindən bəhs olunan romanı Ankarada təqdim edilib

25.12.2022 [17:32]

Xəbərin mətni

Ankarada azərbaycanlı yazıçı Yunus Oğuzun Anadolu türkcəsində işıq üzü görən “Cığır” romanının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Məslək Birliyi təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində qardaş ölkədən və Azərbaycandan tanınmış ədəbiyyatçılar, nüfuzlu ziyalılar iştirak ediblər.