CƏMİYYƏT


Qış fəslində isti hava sağlamlığa zərərlidir

Yanvar ayı olsa da, hava şəraiti sanki yaz fəslini xatırladır. Mövsümə uyğun olmayan bu hava şəraiti isə bəzi insanlara pozitiv, bəzilərinə isə neqativ təsir bağışlayır. Həkimlər də qış aylarında havaların isti keçməsinin sağlamlığa zərərli olduğunu bildirirlər. Belə ki, qış fəslində bu cür hava şəraiti kəskin respirator xəstəliklərin yaranmasına səbəb olur.