CƏMİYYƏT


Füzuli şəhərinin ilk yaşayış məhəlləsi – tikinti işləri sürətlə davam edir

İşğaldan azad olunan Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin inşası davam etdirilir. AZƏRTAC-ın bölgə müxbiri tikinti işlərinin aparıldığı ərazidə olub, görülən işlərlə maraqlanıb. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır