MƏDƏNİYYƏT


“Çeburaşka” animasiya filminin kassa gəliri üç milyardı ötüb

Rusiyanın “Soyuzmultfilm” studiyasının istehsal etdiyi “Çeburaşka” animasiya filmi yerli kassada yüksək gəlirlə növbəti rekorda imza atıb. AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissoru Dmitri Dyaçenko olan və yazıçı Eduard Uspenskinin yaratdığı məşhur personajın sərgüzəştlərinə həsr olunmuş animasiya filmi yerli kassada üç milyard rubldan çox gəlir gətirərək sıralamada ikinci oldu.