Bölmələrimizin xidməti-döyüş fəaliyyəti istənilən hava şəraitində yüksək səviyyədə təşkil olunur
11.01.2023 [11:54]
Xəbərin mətni
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.