MƏDƏNİYYƏT


Bu muzey təkcə Azərbaycandadır

Lerik rayonu Azərbaycanın ən səfalı rayonlarından biridir. Nadir ağacları, sərin bulaqları, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyanın yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də məhz elə bununla əlaqəlidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır.