CƏMİYYƏT
Astarada sitrus bağlarını şaxta vurub
16.01.2023 [18:08]
Bir neçə gün əvvəl cənub bölgəsinə yağan qar və havanın şaxtalı keçməsi səbəbindən Astaranın sitrus bağlarına ciddi ziyan dəyib. Narıngi anbarlarda çürüyüb, portağalı isə şaxta vurub.AZƏRTAC xəbər verir ki, əsas dolanışıqları narıngi və portağal bağlarından çıxan təsərrüfat sahibləri əlacsız vəziyyətə düşüblər. Bu il bol məhsula sevinən təsərrüfatçılar ucuz olduğundan meyvəni satmağa tələsməyiblər. Narıngini kustar üsulla anbarlarda, portağalı isə ağaclarda saxlayıblar - zamanı gələndə daha sərfəli qiymətə sata bilsinlər deyə. Amma gözləntiləri özünü doğrultmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]