MƏDƏNİYYƏT


Vyanada fotojurnalist Reza Deqatinin 20 Yanvar faciəsi ilə bağlı fotolarından ibarət sərgi keçirilib

20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Vyanada məşhur fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgi və təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Avstriya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.