Xankəndindən gələn daha 3 təminat avtomobili aksiya ərazisindən keçib
22.01.2023 [13:31]
Xəbərin mətni
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər. AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat-təchizat avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.