Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metroda fövqəladə hadisələrə hazırlıqla bağlı təlim keçirilib

28.01.2023 [10:50]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.