Narkotiklərin satışı ilə məşğul olan 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar
28.01.2023 [14:51]
Xəbərin mətni
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən 11 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə və psixotrop maddə metamfetamin çıxarılıb.