CƏMİYYƏT


Göyçayda mağazanın damını sökərək oğurluq edən şəxs tutulub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə yerindən yayınıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O, ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut kimi götürülüb.