Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Ən fəal Mərkəz” nominasiyasında qalib olub

30.01.2023 [15:12]

Xəbərin mətni

Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino Sarayında təntənəli mükafatlandırma mərasimi təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın hökumət nümayəndələri, ictimaiyyət, elm, mədəniyyət, təhsil xadimləri, deputatlar, jurnalistlər, blogerlər iştirak ediblər.