CƏMİYYƏT
Rafiq dayı: Biz Göyçəyə qayıdacağıq
30.01.2023 [16:23]
Xəbərin mətni
Basarkeçər rayonunun Nərimanlı kəndində ermənilər yaşamayıb. Ancaq Basarkeçərin dörd kəndində azərbaycanlıların tərkibində az da olsa, ermənilər yaşayırdı. 1986-cı ildən onlar artıq hazırlıqlara başlamışdılar. Məktəblərə də erməni müəllimləri göndərirdilər. Kənd soveti, kolxoz sədri və digər vəzifələrə də erməniləri göndərirdilər ki, azərbaycanlıları bezdirib qaçırtsınlar. Ancaq biz bunların hamısına dözürdük.Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Qərbi Azərbaycandan olan Rafiq Yaqubov deyib.1980-ci ildə ailə həyatı quran R.Yaqubov 1988-ci ildə azərbaycanlıların dədə-baba torpaqlarından ermənilər tərəfindən deportasiyası başlananda ailəsi ilə birlikdə yurdunu tərk etməli olur.