Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
31.01.2023 [10:19]
Xəbərin mətni
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.