CƏMİYYƏT


Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 3 patron və daraq aşkarlanaraq götürülüb.