Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Son zamanlar həsirdən hazırlanan məmulatlara maraq artıb” – həsirçi

31.01.2023 [14:51]

Xəbərin mətni

Masallı rayon Musaküçə kənd sakini Rəqsanə Abıyeva uzun illərdir həsir toxumaqla yanaşı, həsirdən zənbil, müxtəlif formalı səbətlər və digər məmulatlar da hazırlayır. O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində həsirçilik sənətini valideynlərindən öyrəndiyini deyib.