Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətaidə marketlərdən birindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca saxlanılıb

02.02.2023 [10:50]

Xəbərin mətni

Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.