CƏMİYYƏT


Avstriyalı mütəxəssislərin iştirakı ilə FHN-in xilasediciləri üçün təlim keçirilir

Qəbələdə avstriyalı mütəxəssislərin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri üçün təlim keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimlər Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonu Tufandağ xizək sürmə mərkəzində təşkil olunub. 29 yanvar-4 fevral tarixlərini əhatə edən təlimlər xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə keçirilir.