CƏMİYYƏT


“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanıb

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.30-cu yarımbəndinin icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın əməkdaşı olmaqla yanaşı, həm də müvafiq sahə üzrə tanınmış və geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli tərəfindən “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası hazırlanıb.Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.