CƏMİYYƏT


On iki ölkədən olan səyyahların Laçına səfəri başlayıb

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunmuş ərazilərə səfəri davam edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub. Otuz nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.