Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı 76 nəfərə çatıb, 440-dan çox yaralı var
06.02.2023 [09:41]
Xəbərin mətni
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralananlar var. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb, 440-dan çox yaralı var. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.