CƏMİYYƏT


Ağsuçayda baş su qəbuledici qurğu tikilib

Ağsuçayda baş su qəbuledici qurğu tikilib, Cavanşir gölündə təmir işləri aparılıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ağsu rayonunda meliorativ tədbirlər uğurla davam edir. Suvarılmanın yaxşılaşdırılması üçün Ağsu rayonunun ərazisində yerləşən Qazanarx kanalı yenidən qurulub. Ağsuçayın məcrasında isə baş su qəbuledici qurğu tikilib. Əvvəlki illərdə Ağsuçaydan su götürmək üçün xeyli çətinliklər yaranırdı. Bu qurğunun tikintisindən sonra saniyədə 5 kubmetr su götürmək üçün dəmir-beton kanal da çəkilib.