CƏMİYYƏT


Bakıda dövlət qurumlarının informasiya texnologiyaları üzrə rəhbərlərinin birinci zirvə toplantısı keçirilir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə fevralın 7-də “The Ritz-Carlton Baku” otelində “Dövlət Qurumlarının informasiya texnologiyaları üzrə rəhbərlərinin I zirvə toplantısı” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Xidmətin tədbirlər planına əsasən keçirilən zirvə toplantısı 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunub. Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bu sahədə təcrübə mübadiləsi aparması və informasiya təhlükəsizliyi üçün təhdidlərin birgə qiymətləndirilməsinə həsr edilən tədbirə 73 dövlət qurumundan nümayəndələr qatılıblar.