CƏMİYYƏT


Ermənilərin viran qoyduğu Laçının Malıbəy kəndi

Laçın respublikamızın füsunkar guşələrindən biridir. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları... Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində Laçın rayonunun sakinləri illərdir köçkünlük həyatı yaşamağa məcbur qaldı. Amma artıq Laçın azaddır.