CƏMİYYƏT
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb
08.02.2023 [09:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə olan çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
09.12.2023 [15:26]
09.12.2023 [13:12]
09.12.2023 [13:04]
09.12.2023 [12:44]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]