Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

08.02.2023 [14:32]

Xəbərin mətni

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 21011” və “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”da olan 4 nəfərdən 2-si ölüb, 2 nəfər isə xəsarət alıb.