Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabirabaddan Türkiyəyə yardım göndərilib

10.02.2023 [09:58]

Xəbərin mətni

Azərbaycanda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, yardım kampaniyasında vətəndaşlar böyük fəallıq göstərirlər.
Qardaş ölkəyə göndərilməsi üçün Sabirabad Rayon İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 9-da paytaxt Bakıya gətirilib.