CƏMİYYƏT


Hazırda minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu 40,7 faiz üstələyir

Son beş ildə dörd islahat paketi icra olunub ki, həmin islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artıma nail olunub. Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi minimum aylıq əmək pensiyasının məbləği də 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub. Hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu 40,7 faiz üstələyir.