CƏMİYYƏT


Yeni artımdan sonra pensiyaların orta aylıq məbləği 423 manata çatıb

2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur. Hazırkı yeni indeksasiya artımı da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar - pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqaları daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov bu gün pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında deyib.