CƏMİYYƏT


FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.
Təyyarədə olan 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.