CƏMİYYƏT


Prezidentin tapşırığına uyğun olaraq, DSX Türkiyəyə növbəti yardım göndərib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidməti növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb. AZƏRTAC-a bu barədə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan növbəti humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır