SİYASƏT


Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən maneəsiz keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 64-cü günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 12 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 19, BQXK-nin isə 6 avtomobili keçib.