CƏMİYYƏT


FHN tikinti və yanğın təhlükəsizliyi normalarının pozulması faktı üzrə araşdırmalara başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən “Park Azure” kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.