Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb
13.02.2023 [16:32]
Xəbərin mətni
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Müşfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar. Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar olunub.