MƏDƏNİYYƏT


“İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub

Dünyanın ən qədim, ləziz və zəngin mətbəxlərindən olan Azərbaycan milli mətbəxi çox zəngin ənənələrə malikdir. Milli mətbəximizin tarixi xalqımızın tarixi qədər qədim və zəngindir. Mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizi yüksək səviyyədə təqdim və təmsil etmək isə bu sahənin peşəkarları olan aşpazların üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində “İllərin sənətkarı” milli aşpazlar mükafatının təqdimat mərasimi keçirilib. Mükafatı “Azərbaycan Aşpazlar Gildiyası”, “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, “Dünya Restoran İdmanı Federasiyası”nın vitse-prezidenti Nigar Əmirbəyova ilə birgə təsis edib.