Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cahit Bağçı: Zəlzələ bizi sarsıtdığı kimi Azərbaycan xalqını da sarsıtdı

14.02.2023 [15:36]

Xəbərin mətni

Azərbaycan zəlzələnin ilk saatlarından Türkiyənin yanında oldu. On üç milyondan çox insanın taleyinə təsir edən zəlzələ bizi sarsıtdığı kimi Azərbaycan xalqını da sarsıtdı. Biz iki can, bir ürək olduğumuzu bu faciəvi hadisədə bir daha aydın gördük.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 14-də keçirilən brifinqdə deyib.